"Lids"in hücumçusu Larji Ramazani karyerasını İspaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə  "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 24 yaşlı belçikalı ilə "Valensiya"nın formasını geyinəcək. İspaniya klubu hücumçunu icarəyə götürüb.

 

Qeyd edək ki, Ramazani 2024/25 mövsümündə 32 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.