"Valensiya" "Əl Əhli"nin müdafiəçisi Rojer İbanyesi transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 26 yaşlı braziliyalı 2026-cı ilin qış "transfer pəncərəsi"ndə İspaniya klubuna qoşula bilər. İbanyes "Valensiya"nın əsas transfer hədəfidir.
Qeyd edək ki, brazliyalı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 10 matçda meydana çıxıb və 1 qol vurub. Onun "Əl Əhli" qüvvədə olan müqaviləsi 2027-ci ilin iyununda başa çatır. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 17 milyon avro qiymətləndirir.