Portuqaliya "Benfika"sının və Ukrayna millisinin qapıçısı Anatoli Trubin "Mançester Siti"nin onunla maraqlanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, "City Xtra" bu barədə X sosial şəbəkəsində məlumat paylaşıb.

 

"Çərçivə qoruyucusu" bu söz-söhbətə ciddi fikir vermədiyini bildirib:

 

"Mən də sizin kimi bu xəbəri internetdə gördüm. İndi bütün diqqətimi milli komandaya və "Benfi"kaya yönəltmişəm. Qalan hər şey hələlik kənardadır".

 

Qeyd edək ki, 23 yaşlı Trubin 2023-cü ildən "Benfika"da çıxış edir. Ukraynalı qolkiperin Portuqaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir.