"Juventus"un yarımmüdafiəçisi Ueston Makkenni klubu ilə müqaviləsini uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 26 yaşlı amerikalı Turin klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzatmaq barədə şifahi razılığa gəlib.

 

Qeyd edək ki, yarımmüdafiəçi "Yuventus"un heyətində  bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.