UEFA prezidenti Aleksander Çeferin son zamanlar futbol qaydalarının anlaşılmaz olduğunu bildirib. Ali futbol qurumunun rəhbəri həddindən artıq VAR müdaxilələri və qeyri-müəyyən qaydalar, xüsusən də əllə oyun, azarkeşləri çaşdırdığını və matçların vaxtını uzatdığını bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Sportklub"a açıqlama verib:
"Azarkeşlər qaydaların niyə matçdan matça fərqli şərh olunduğunu başa düşə bilmirlər və mən də artıq onları anlamıram. Məsələn, əllə oyun: bu, penaltidir, ya yox, qəsdən idi, ya yox... Bunu necə başa düşə bilərsiniz? Siz psixiatr deyilsiniz.
Hakimlərə başa salmaq istəyirik ki, meydanda qərarı onlar verir. VAR yalnız aşkar və açıq səhvlər halında müdaxilə etməlidir. Və bu müdaxilələr qısa olmalıdır, bəzən İspaniya və ya İngiltərə liqalarında baş verən kimi, tək bir hadisənin nəzərdən keçirilməsi 10-15 dəqiqə uzananda yox".