UEFA əvəzetmə sayını artırıb. Sport24.az xəbər verir ki, matç vaxtı beyin silkələnməsi keçirən futbolçunun yerinə, əvəzetmə sayından asılı olmayaraq, yeni oyunçu daxil ola biləcək.

Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında Bqəbul olunub.

Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.