UEFA 2027-ci ildən başlayaraq Çempionlar Liqasının formatını və oyunların yayımına yanaşmanı əsaslı şəkildə dəyişdirməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "COPE" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, maraqlı tərəflər arasında müzakirələr təxminən səkkiz aydır ki, davam edir, lakin hələlik yekun qərar qəbul edilməyib. Bununla belə, potensial islahatların konturları artıq ortaya çıxıb.

 

Plana görə, turnir əvvəlkitək Çempionlar Liqası kimi tanınacaq və 36 komanda iştirak edəcək. Bununla belə, komandalar tək qrup mərhələsi əvəzinə iki alt qrupa bölünəcək:

 

Birinci qrup UEFA reytinqində ən yüksək yer tutan 18 klub yer alacaq.

 

İkinci qrup isə yerdə qalan 18 komandadan ibarətdir.

 

Hər klub səkkiz oyun keçirəcək - dördü evdə və dördü səfərdə - ancaq öz qrupundakı rəqiblərə qarşı.

 

UEFA televiziya kanallarına ənənəvi hüquq satışından da imtina etməyi düşünür. Bunun əvəzinə, Çempionlar Liqası üçün Netflix-ə bənzər platforma işə sala bilər. Bu, azarkeşlərə daha münasib qiymətə matçlara baxış imkanı verəcək və klubların TV gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.

 

Qeyd edək ki, islahat hələ də hazırlanır və yekun qərarlar daha sonra veriləcək.