Misli Premyer Liqasında VII turun oyunlarını stadionlardan izləyən azarkeşləri sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, 6 matçda ümumilikdə 4550 tamaşaçı qeydə alınıb.
"Araz-Naxçıvan" - "İmişli" qarşılaşmasında (2:0) 150, "Zirə" - "Neftçi" (2:2) görüşündə 1200, "Qarabağ" - "Kəpəz" (1:0) duelində 1200, "Sumqayıt" - "Turan Tovuz" (0:3) matçında 1400, "Karvan-Yevlax" - "Sabah" oyununda (0:2) 200, "Qəbələ" - "Şamaxı" qarşılaşmasında 400 azarkeş tribunada yer alıb.
Qeyd edək ki, VIII tura oktyabrın 17-də start veriləcək.