"Barselona" müdafiəçi Ronald Arauxonu qış "transfer pəncərəsi"ndə satmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ispan klubu 26 yaşlı uruqvaylı üçün təxminən 40 milyon avro almaq niyyətindədir.

 

"Sport.es" isə bildirir ki, müdafiəçi "Çelsi", "Liverpul", "Tottenhem" və "Yuventus"dan aldığı təklifləri geri çevirərək, müqaviləsinin sonuna qədər, yəni, 2031-ci ilin yayına qədər "Barselona"da oynamağı planlaşdırır.