Fabio Kannavaro məşqçilər korpusu ilə birgə Daşkəndə gəlib. Sport24.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Onun 2026-cı il dünya çempionatında Özbəkistan millisinə rəhbərlik edəcəyi gözlənilir.

 

Kannavaronun son iş yeri bu ilin aprelində tərk etdiyi Zaqreb "Dinamo"su olub.  O, həmçinin "Udineze", "Benevento", Çinin "Quançjou" və "Tyanjin" klublarını və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu çalışdırıb.

 

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistan tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.