"Yuventus" "Çelsi"nin yarımmüdafiəçi Kənan Yıldız üçün 66 milyon avroluq təklifini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

 

20 yaşlı türklə İngiltərənin digər klubu "Arsenal" da yaxından maraqlanır. "Tuttosport"un xəbərinə əsasən, "Arsenal" yarımmüdafiəçini izləmək üçün "Yuventus" – "Milan" oyununa skautlar göndərib.

 

Qeyd edək ki, Yıldız 2025/26 mövsümündə bütün turnirlərdə səkkiz matçda iki qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.