"Reyncers" baş məşqçisi Russell Martinlə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb.

 

Bu ilin iyununda "sükan arxasına" keçən mütəxəssis uğursuz nəticələrə istefaya göndərilib.

 

Qeyd edək ki, "Reyncers" hazırda səkkiz xal və mənfi top fərqi ilə Şotlandiya Premyer Liqasında səkkizinci yerdədir. Komanda bu mövsüm keçirilən yeddi matçda yalnız bir qələbə qazanıb, beş dəfə heç-heçə edib və bir oyunda yenilib.