UEFA bayrağı altında keçirilən klub turnirlərinin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının püşkatma prosedurunda dəyişiklik edilib. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdiriliub.
Çempionlar Liqasının püşkatma mərasimi avqustun 29-da Monte-Karloda keçiriləcək. 36 iştirakçı klub şarlar vasitəsilə əl ilə seçiləcək. Hər bir komanda üçün xüsusi proqram dörd səbət içərisində təsadüfi olaraq səkkiz rəqib seçəcək, onlar püşkatma zalında ekranda və televiziyada nümayiş etdiriləcək. Proqram həmçinin hansı matçların evdə, hansının səfərdə oynanılacağını da müəyyənləşdirəcək.
Püşkatma prosedurunda dəyişikliklərin edilməsi zərurəti avrokubokların yeni formatının tətbiqi ilə meydana gəlib. Bu format 2022-ci ildə təsdiq edilib və 2024/25 mövsümündən qüvvədə olacaq. Çempionlar Liqasının qrup mərhələsi 36 komandanın iştirak edəcəyi (əvvəlki 32-nin əvəzinə) ümumi mərhələ ilə əvəz olunacaq. Yeni formata əsasən, hər komanda əvvəl olduğu kimi üç rəqiblə iki görüş yox, səkkiz fərqli rəqiblə səkkiz oyun keçirəcək.
Səkkiz fərqli rəqibi müəyyən etmək üçün iştirakçılar mövsümün əvvəlinə olan fərdi klub əmsallarına əsasən dörd səbətə bölünəcəklər.
Analoji format dəyişiklikləri Avropa Liqası və Konfrans Liqasında da tətbiq ediləcək.
Yekun cədvəl və oyunların başlama saatları avqustun 31-də elan ediləcək. Buna səbəb isə ÇL matçlarının eyni şəhərdə və eyni gündə oynaya biləcək Avropa Liqası və Konfrans Liqası komandalarının oyunları ilə üst-üstə düşməsini aradan qaldırmaq istəyidir.