Nigeriya millisi ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, "qaratallar" Afrika zonası üzrə pley-off matçında Konqoya millisinə 1:1 (penaltilərdə 3:4) məğlub olub.
Bununla da Nigeriya ardıcıl ikinci dəfə dünya çempionatını buraxacaq. "Afrikalı braziliyalılar" 2022-ci ildə Qətərdə təşkil olunan mudiala da vəsiqə qazana bilməmişdilər.
Qeyd edək ki, "Transfermarkt" məlumatına görə, Nigeriya millisinin dəyəri təxminən 300 milyon avrodur. Viktor Osimhen, Viktor Bonifas, Ademola Lookman, Aleks İvobi və Samuel Çukvueze, Vilfred Ndidi, Rafael Onyedika və Kalvin Bassey kimi dünya səviyyəli ulduzlar DŞ-2026-nı kənarda izləmək məcburiyyətində qalacaqlar.
.