Ötən gecə2026-cı il dünya çempionatının seçmə mərhələsinin 10-cu turu çərçivəsində İtaliyanı məğlub edən Norveç mundiala vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, oyun Milanda baş tutub və meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Son turda Ermənistanı darmadağın (9:1) edən Portuqaliya da final mərhələsinə vəsiqə qazanıb.
Bununla da dünya çempionatında iştirak edəcək 48 iştirakçıdan artıq 32-si müəyyənləşib: Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Kot-d'İvuar, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.