Türkiyə Super Liqa təmsilçisi "İstanbulspor" baş məşqçisi Fatih Təkkəni istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, 46 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

"İstanbulspor" bu mövsüm Təkkənin rəhbərliyi altında meydana çıxdığı 4 matçda qələbə qazanmayıb - 2 heç-heçə, 2 məğlubiyyət. Komanda 2 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Onu da bildirək ki, cəmi 1 aydır start götürən Super Liqada artıq 4-cü baş məşqçi istefası reallaşıb. Belə ki, bunadək "Başakşehir" Emre Belözoğlunu, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Erdal Günəşi postundan göndərib.