Türkiyə milli komandasının heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, Millətlər Liqasının 5-ci turunun Uelslə matçında sarı vərəqə görərək cəzalı duruma düşən Abdulkərim Bardakçı yığmanın düşərgəsini tərk edib.

 

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

 

U-21 millisindən "Trabzonspor"un futbolçusu Cihan Çanak əsas milliyə cəlb olunub.

 

Qeyd edək ki, Türkiyə seçməsi UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Monteneqronun qonağı olacaq. Qarşılaşma 19 noyabr tarixində baş tutacaq.