Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Aleksandr Dyukov Rusiya millisinin Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirə biləcəyini bildirib. Sport24.az xəbər verir ki, RFİ-nin rəhbəri bu barədə  TASS agentliyinə açıqlama verib:

 

"Dəfələrlə demişəm ki, biz millinin oyunlarını yalnız razılığa gələndə və müqavilə imzalayanda şərh edirik. Türkiyə komandası ilə oyun nəzəri cəhətdən mümkündür, lakin hər şey təqvimdən asılıdır".

 

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar 2022-ci ilin fevralın sonundan FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya komandaları, o cümlədən milli komandalar beynəlxalq turnirlərdən kənarlaşdırılıb.