AÇ-2020-nin qrup mərhələsinin Türkiyə və İtaliya milli komandaları arasında keçirilən ilk tur matçının ən yaxşı futbolçusu məlum olub. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsoladır.

Oyuna start heyətdə başlayan və sona qədər meydanda qalan Spinatsola Çiro İmmobilenin vurduğu 2-ci qolun ötürməsini verib.

Türkiyə – İtaliya matçı 0:3 hesabıyla bitib.