ABŞ prezidenti Donald Tramp DÇ-2026-da İranın İtaliya ilə əvəz olunması ideyasına münasibət bildirib. Sport24. az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə danışıb:
"Mən bu barədə çox düşünmürəm. Ancaq maraqlı sualdır. Mənə bu barədə düşünmüək üçün vaxt verin".
Bir neçə gün öncə Trampın xüsusi nümayəndəsi Paolo Zampolli DÇ-2026-da İran milli komandasının final turnirinə vəsiqə qazana bilməyən İtaliya ilə əvəz olunmasını təklif edib. Zampolli bu təklifi FIFA-ya təqdim edib.
"Financial Times" qəzetinin məlumatına görə, Zampollinin təklifi Trampla İtaliyanın Baş naziri Corco Meloni arasında münasibətləri yaxşılaşdırmaq cəhdidir. Bu fikir ayrılıqları Amerika liderinin Roma Papası XIV Leonu İranla hərbi münaqişəyə görə tənqid etməsi fonunda yaranıb.
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.