"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto "X" sosial media platformasında paylaşım edib.
31 yaşlı portuqaliyalı yarımmüdafiəçi bir müddət əvvəl yayda İngiltərə klubundan ayrılacağını və azad agent olacağını bildirib.
Portuqaliyalı yarımmüdafiəçi 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir. O, "şəhərlilər"in heyətində bütün turnirlərdə 453 oyun keçirib, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Silvanın klubla hazırkı müqaviləsi iyun ayında başa çatır. "Transfermarkt" portalı onun dəyərini 27 milyon avro olaraq qiymətləndirir.