Misli Premyer Liqasında 29-сг turun iki oyununun hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, sabah baş tutacaq hər iki görüşdə ədaləti FİFA referiləri qoruyacaq.
25 aprel (şənbə)
"İmişli" – "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Quba OİK stadionu, 16:00
"Qəbələ" – "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Qəbələ şəhər stadionu, 18:30