PSJ-nin prezidenti Nasser Əl-Xelayfi dünya çempionatının favoritləri ilə bağlı fikirlərini bölüşərək, parislilərin bir neçə oyunçusunun mövsümün sonunda "Qızıl top" uğrunda mübarizə aparacağını vurğulayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya açıqlama verib:

 

"Fransanın çox güclü milli komandası var, İspaniya da var, Braziliya həmişə Braziliya olaraq qalacaq, bir də Argentina... Amma düşünürəm ki, dünya çempionatını Avropa komandası qazanacaq.

"Qızıl top" mükafatına gəldikdə isə, hər şey Çempionlar Liqasından və dünya çümpionatından asılı olacaq. Fikrimcə, mükafatı qazana biləcək dörd-beş oyunçumuz var. Düşünürəm ki, PSJ-nin formasını geyinən oyunçunun "Qızıl top"u qazanma ehtimalı 60-70 faizdir".

 

Qeyd edək ki, "Qızıl top"un son qalibi PSJ-nin vingeri Usman Dembele olub.