İngiltərə millisinin və "Nyukasl"ın sabiq hücumçusu Alan Şirer "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın gələcəyi ilə bağlı danışıb.

Sport24.az xəbər verir ki, keçmiş forvard, niderlandlı çalışdırıcının gələcəyinin artıq müəyyənləşdiyini bildirib:

"Mənə elə gəlir ki, onun gələcəyi artıq müəyyənləşib. Komanda kuboku qazansa belə, onun qovulacağını düşünürəm. Bu kubokun qərara çox təsir edəcəyini düşünmürəm. Kuboku qazanmaq onun işini davam etdirməsi üçün kifayət etməyəcək".