Xorvatiya millisinin baş məşqçisinin kimliyi açıqlanıb. Sport24.az xəbər verir ki, balkanlılar Slaven Biliçi baş məşqçi postuna geri qaytarıb.

 

57 yaşlı mütəxəssisi razı salmaq mümkün olub. Xorvatiya Futbol Federasiyası Biliçlə 3 illik müqavilə imzalayıb.


O, son olaraq "Əl-Fateh" klubunu çalışdırmışdı. Bundan savayı isə təcrübəli mütəxəssis Xorvatiya millisində, həmçinin "Lokomotiv"(Moskva), "Beşiktaş", "Vest Hem", "Əl-İttihad", "Vest Bromviç", "Beyjinq Qoan", "Uotford" klublarında işləyib.