"Ştutqart"ın hücumçusu Nik Voltemadenin "Bavariya"ya keçidi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub rəhbərliyi 23 yaşlı almaniyalını 40 milyon avro və 5 milyon bonus qarşılığında satmaqdan imtina edib. "Ştutqart" hücumçunu 80 milyon avrodan aşağı satmağı planlaşdırmır.

 

Qeyd edək ki, Voltemade ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.