"Spartak" "Fənərbaxça"nın müdafiəçisi Aleksandr Cikanı heyətinə qatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Fotomac" məlumat yayıb.
Nəşrin məlumatına görə, Moskva klubu 30 yaşlı qanalı üçün beş milyon avro təklif edib. Futbolçu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun 2025/26 mövsümü üçün planlarına daxil deyil.
Qeyd edək ki, Cika 2024/25 mövsümündə Türkiyə klubunun heyətində 38 matçda 1 qol vurub. Onun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Müdafiəçi karyerası ərzində Fransanın "Bastiya", "Kan" və "Strasburq" klublarında da çıxış edib