"Liverpul" İngiltərə Premyer Liqasının XXXII turunda "Vest Hem"i məğlub edib – 2:1. Sport24.az xəbər verir ki, bu, "qırmızılar"ın baş məşqçisi Arne Slotun 50-ci oyunu olub.

 

Komanda onun rəhbərliyi altında 36 qələbə qazanıb.

 

Slot "Liverpul"la ilk 50 matçda ən çox qələbə qazanan məşqçi adını qazanıb. İkinci pillədə 29 qələbə isə Kenni Dalqliş və Co Feqandır.

 

"Liverpul" Premyer Liqada 32 turdan sonra 76 xalla liderdir.