"Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi cari mövsümün son oyunundan sonra komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 50 yaşlı italiyalı mütəxəssisin komandadan ayrılması, digər səbəblərlə yanaşı, klubun sahibinin dəyişməsi və gözləntiləri doğrultmayan bir neçə bahalı yay transferinin tənqidi ilə bağlı olub. Onun işdən çıxarılacağı faktiki olaraq təsdiqlənib.
İnzaqi 2025-ci ilin iyunundan "Əl-Hilal"ın "sükanı arxasındadır". Onun rəhbərliyi altında komanda 51 oyunda 37 qələbə qazanıb, 12 heç-heçə edib və ikisində məğlub olub.
Qeyd edək ki, "Əl-Hilal" hazırda turnir cədvəlində ikinci yerdədir. "Əl-Nəsr" 33 oyundan sonra 83 xalla turnir cədvəlinə başçılıq edir. Hər iki komandanın bir oyunu qalıb.