Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın ulduz futbolçusu Neymar barədə diqqətçəkən açıqlamalar verib. ​Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis qarşıdakı dünya çempionatı üçün Neymarı heyətə çağırmasının səbəblərindən danışıb və təcrübəli oyunçunun komandadakı roluna aydınlıq gətirib.

Təcrübəli çalışdırıcı ulduz futbolçuların adlarına deyil, kollektiv oyununa üstünlük verdiyini vurğulayıb və Neymarın digər oyunçulardan fərqlənmədiyini bildirib:

"Neymarın da digər 25 oyunçu kimi eyni məsuliyyəti var. Oynaya da bilər, ehtiyatda da qala bilər, sonradan meydana daxil də ola bilər. Əsas məsələ komandada yaxşı atmosfer yaratmaq və hər kəsin maksimum performans göstərməsidir. Mən ulduz oyunçular istəmirəm. Mənə komandanın qələbəsi üçün mübarizə aparan futbolçular lazımdır".

Ançelotti 34 yaşlı futbolçunun hazırkı durumundan razı qaldığını və heyətdəki yerinin zəmanətli olmadığını qeyd edib:

"Onun hazırda daha çox fokuslanmış oynadığını görürəm. Açıq və dürüst desəm, əgər oynamağa layiqdirsə, meydanda olacaq".

Baş məşqçi sonda bütün diqqətin yalnız bir futbolçunun üzərinə yönəlməsinin düzgün olmadığını əlavə edib:

"Bütün istedad komandanın dünya çempionatının qazanmasına kömək etməlidir".