Mauritsio Sarri yaxın gələcəkdə komandadan ayrılmaq qərarına gələrsə, "Latsio"nun "sükanı" Almaniya millisinin keçmiş hücumçusu Miroslav Klozeyə tapşırıla bilər. Kloze vaxtilə paytaxt təmsilçisinin formasını geyinib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, 67 yaşlı italiyalı mütəxəssis 2025/2026 mövsümündən narazı olduğunu açıq şəkildə bildirib. Sarri "Latsio" ilə ötən ilin yayında iki illik müqavilə imzalayıb. İtaliya çempionatının son turu ərəfəsində "qartallar" 51 xalla turnir cədvəlində doqquzuncu yerdədir.
47 yaşlı Kloze baş məşqçi vəzifəsinə namizədlər arasındadır. Hazırda o, ikinci Bundesliqada çıxış edən "Nürnberq"i çalışdırır. Onun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Sarrinin "Atalanta"nin baş məşqçisi Raffaele Palladinonunu əvəz edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.