Xosep Qvardiola baş məşqçi vəzifəsindən getdikdən sonra Enzo Mareska "Mançester Siti"nin "sükanı arxasına" keçəcək. Başqa ad yoxdur". Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial media hesabında paylaşım edib.

 

Mareska 2024-dən 2026-cı ilə qədər "Çelsi"ni çalışdırıb. London klubu onun rəhbərliyi altında 2024/25 mövsümündə Konfrans Liqasını və 2025-də FIFA Klublararası Dünya Kubokunu qazanıb. 2022-ci ildən 2023-ə qədər isə italyan mütəxəssis Qvardiolanın "Siti"də köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Qvardiolanın mayın 24-də "Mançester Siti"dən ayrılacağı xəbəri yayılıb.