"Roma" müdafiəçi Canluka Mançini ilə müqaviləni uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisinin "canavarlar"la üç illik yeni müqavilə imzalayacağı və əlavə bir mövsüm üçün də seçim imkanı olacağı bildirilir. Onun maaşı ildə 3,5 milyon avro olacaq.
Mançini "Roma"ya 2020-ci ildə qoşulub. Mərkəz müdafiəçisi bu mövsüm 44 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Roma" 70 xalla A Seriyasında dördüncü yerdədir.