Üç il öncə Qazaxıstan çempionu olan "Ordabası" hərraca çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə TASS agentiliyi məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, səhmlərin 100 faizinin başlanğıc qiyməti təxminən 224 milyon tengedir ki, bu da 479.000 dollara bərabərdir.

 

Rəsmi hərracmayın 28-də keçiriləcək. Təkliflər həmin tarixə qədər qəbul edilir və iştirakçılar 33,6 milyon tenge (təxminən 72.000 dollar) məbləğində təminat depoziti qoymalıdırlar. Satıcı Çimkent Şəhər Maliyyə İdarəsidir. Tək bir iştirakçıya satışa icazə verilir.

 

Alıcı klubun əsas biznesini idman komandası kimi, eləcə də işçilərinin ən azı üçdə ikisini on il ərzində saxlamağı öhdəsinə götürməldir. Səhmlərin girov kimi verilməsi qadağandır. Loqoda və ya adda dəyişikliklər yerli hakimiyyət orqanlarının təsdiqini tələb edir. Yeni sahib həmçinin klubun Qazaxıstan Futbol Federasiyasının bayrağı altında keçirilən yarışlarda Çimkenti təmsil etməli və gənclər, qadın futbolunu inkişaf etdirməlidir. ə

 

Qeyd edək ki, "Ordabası" iki dəfə Qazaxıstan Kubokunun və Super Kubokunun qalibidir. Klub 2025-ci il mövsümündə Premyer Liqada yeddinci yeri tutub. Fevral ayında Çimkent rəhbərliyi "Integra Construction KZ" ilə özəlləşdirmə memorandumu imzalayıb, lakin müqavilə rəsmi olaraq təsdiqlənməyib.