Almaniyanın Qərb Regional Liqasında 30-cu turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vattenşayd”la qarşılaşıb. Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb - 3:0.

Dadaşov bu görüşün iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke”nin ikinci komandası hazırda 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.