"Qalatasaray" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Fernando Musleraya əvəzləyici axtarır. Sport24.az xəbər verir ki, İstanbul klubu "İnter"də çıxış edən Yan Zommeri transfer etmək istəyir.
Bu barədə "İnterlive" portalı məlumat yayıb.
"Qalatasaray" isveçrəli qolkiperə 3 illik müqavilə təklif edib. 35 yaşlı "əlcək sahibi"nin İtaliya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Qeyd edək ki, "İnter" Yan Zommeri 2023-cü ilin yayında "Bavariya"dan transfer edib. İsveçrə millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində 46 rəsmi matçda meydana çıxıb.