"Lill"in futbolçusu Etan Mbappe karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Fransalı vinger menecerlər tərəfindən "Fənərbaxça"ya təklif olunub. İstanbul klubu bundan sonra Mbappenin adını transfer siyahısına daxil edib.
Gənc oyunçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Fənərbaxça"nın skautları mövsüm ərzində onun oyununu izləməyə davam edəcəklər.
Qeyd edək ki, Etan Mbappe 2024-cü ilin yayında PSJ-dən ayrıldıqdan sonra azad agent statusu ilə "Lill"ə keçib. Fransa U-21 millisinin üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.