Türkiyə mətbuatı "Bursaspor"da çıxış edən Toral Bayramovun Azərbaycan millisindəki performansına diqqət çəkib. Sport24.az xəbər verir ki, "Gazete Vatan" 25 yaşlı futbolçu ilə bağlı yazı dərc edib.

 

Xəbərin başlığında "Mustafa Er bəyənmədi, milli takımda yıktı geçti" ifadəsindən istifadə olunub.

 

Nəşr Bayramovun Azərbaycan millisinin Litvanı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə məhsuldar ötürmə ilə yadda qalmasını ön plana çıxarıb.

 

Qeyd edək ki, "Bursaspor"un baş məşqçisi Mustafa Er Toral Bayramova bu mövsüm az forma şansı verir.