Almaniyanın Qərb Regional Liqasında 29-cu turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ahlen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb - 3:1.

Dadaşov bu görüşün iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı hücumçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke”nin ikinci komandası hazırda 42 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.