"Sevilya"nın yeni çalışdırıcısı müəyyənləşib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Xoakin Kaparros klubun baş məşqçisi təyin olunub.

 

Rəsmi məlumata görə, klub 69 yaşlı ispaniyalının bu mövsüm başa çatdıqdan sonra baş məşqçi olması ilə bağlı razılığa gəlib. Müqavilənin maliyyə şərtləri barədə məlumat yoxdur.

 

Bu, 2000-05-ci illərdə, həmçinin 2017-18 mövsümündə və 2018-19 "futbol ili"nin sonunda on bir matçda "sükan arxasınad" olmuş Kaparrosun baş məşqçi kimi dördüncü qayıdışıdır.

 

Qeyd edək ki, "Sevilya" hazırda 31 oyundan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.