"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı italiyalı ilə "Əl-Qadisiya" maraqlanır. Səudiyyə Ərəbistanı klubu futbolçuya illik 15 milyon avro maaş təklif etməyə, həmçinin klubuna 52 milyon avro ödəməyə hazırdır. Kin ilə daha əvvəl "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.