"Roma"nın hücumçusu Eldor Şomurodov İtaliya klubunu tərk edə bilər. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, romalılar özbək futbolçuya artıq güvənmir və onu satmaq istəyirlər.

 

Mənbənin sözlərinə görə, "Roma" Şomurodovun satışından 7-8 milyon avro qazanacağını gözləyir. 29 yaşlı forvardın klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimi qüvvədədir.

 

Bundan əvvəl Şomurodovun adı açıqlanmayan MLS klubundan təklif aldığı və karyerasını ABŞ-da davam etdirə biləcəyi barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, Şomurodov ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.