"Bornmut"un müdafiəçisi Miloş Kerkez "Liverpul"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər 21 yaşlı macarın transferi ilə bağlı razılığa gəliblər. Müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Yaxın vaxtlarda futbolçu tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Kerkez ötən mövsüm Kerkez turnirlərdə 41 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.