Klubların son 10 ildəki nəticələrinə əsasən UEFA reytinqi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Kassiesa"nın tərtib etdiyi siyahıda Azərbaycanın 10 təmsilçisi yer alıb.

"Qarabağ" 52.500 əmsalla 63-cü olub. 11.500 əmsala malik "Neftçi" 252-ci, 8.500 əmsalı olan "Qəbələ" 339-cu sıradadır.

"Zirə", "Sabah", "Araz-Naxçıvan", "Sumqayıt", "Keşlə" (hazırkı "Şamaxı"), "Səbail" və "Kəpəz" 395-401-ci yerləri bölüşdürürlər. Bu komandalarda Azərbaycanın əmsalı (6.800) əsas götürülüb.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (250.500) qərarlaşıb.