FIFA referimiz Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb. Sport24.az xəbər verir ki, təmsilçimiz Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsində bu imkanı qazanıb.
Məsiyev İngiltərə - Niderland oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə yunanıstanlı Vasilios Fotias olacaq. Matçın start fiti iyunun 25-də Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatının qrup mərhələsində Çexiya - İngiltərə (1:3), Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib, 1/4 finalda isə Almaniya - İtaliya görüşündə (3:2) dördüncü hakim olub.