İtaliyalı Alessio Liski "Osasuna"nın yeni baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

39 yaşlı mütəxəssislə müqavilə 2027-ci il iyununa qədər nəzərdə tutulub. O, bu postda Visente Morenonu əvəzləyib.

 

Liski isə ötən mövsüm "Mirandes"in "sükanı arxasında" olub. Onun rəhbərliyi altında komanda ötən mövsüm Sequnda da dördüncü yeri tutub.  Pley-off da "Real Ovyedo"ya uduzan kollektiv La Liqaya yüksələ bilməyib.

 

Qeyd edək ki, "Osasuna" 2024/25 İspaniya çempionatında 9-cu yeri tutub.