Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferi reallaşdırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki təmsilçisi Pedro Alvaronu heyətinə qatıb.

 

Yunanlar onu "Eştoril"dən transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

 

"Benfika"nın yetirməsi olan Pedro "Belelnenseş"də də çıxış edib. 

 

Əlavə edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçını iyulun 24-də Bakıda, cavab görüşünü isə 31-də Salonikidə keçirəcək.