"Neftçi" PFK Ervin Koffi ilə başa çatan müqaviləni yeniləməyib. Sport24.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub fransalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2023-cü ilin yayında transfer olunmuş Koffi "Neftçi"nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.