"Arsenal" Lissabon "Sportinq"inin hücumçusu Viktor Qyokereşin transferində israrlıdır. Sport24.az xəbər verir ki, London klubu Portuqaliya klubunun rədd cavabına baxmayaraq, isveçlidən əl çəkmir. 

 

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Qyokereşi mövsümöncəsi hazırlıq başlayana qədər sərəncamında görmək istəyir. 

 

Qeyd edək ki, 27 yaşlı forvard son mövsümdə meydana çıxdığı 52 oyunda 54 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.