"Leypsiq"in yeni baş məşqçisi müəyyənləşib. Ole Vernerin Almaniya klubunun "sükanı arxasına" keçib. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Ötən mövsüm "Verder"ə rəhbərlik edən 37 yaşlı mütəxəssis "Leyptsiq"lə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, "öküzlər" ötən mövsümü 7-ci pillədə başa vurub. Martın sonuna kimi komandaya Marko Roze başçılıq edib, onu Jolıt Löv əvəzləyib. Vernerin rəhbərlik etdiyi "Verder" də eyni xal (51) toplasa da, əlavə göstəricilərə görə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.